“Keşlə” ilk qələbəsini qazandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun növbəti oyunu keçirilib.

Yenicag.az xəbər verir ki, günün ilk matçında “Keşlə” “Sabah”ı qəbul edib.

“ASK Arena”dakı qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Keşlə”nin ilk qolunu 3-cü dəqiqədə Merab Giqauri vurub. 90+5-ci dəqiqədə isə Felipe Santos fərqlənib.

Qalib komanda üç dəfə məcburi əvəzetməyə əl atıb. 28-ci dəqiqədə zədələnən Elçin Mustafayevi Rafael Məhərrəmli əvəzləyib. 42-ci dəqiqədə İlkin Qırtımov eyni səbəbdən yerini Kərim Diniyevə verib. 52-ci dəqiqədə isə hesabı açan Merab Giqauri sıradan çıxıb. Gürcüstanlı oyunçunun əvəzinə meydana Rəhman Hacıyev daxil olub.

İlk qələbəsini qazanan “Keşlə” 4 xalla 7-ci pilləyə yüksəlib. “Sabah” isə 1 xalla sonuncu – 8-ci yerdədir.

Qeyd edək ki, günün digər görüşündə “Neftçi” “Səbail”in qonağı olacaq. İlk oyun günündə “Zirə” evdə “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edib. Tura oktyabrın 3-də oynanılacaq “Qarabağ” – “Qəbələ” qarşılaşması ilə yekun vurulacaq.