Keyfiyyət informasiya sistemindən istifadə haqqının məbləği müəyyənləşdi

media-hightechnic-468x90

Keyfiyyət informasiya sistemindən istifadə haqqının məbləği, ödənilməsi və ondan istifadə qaydası təsdiqlənib.

Yenicag.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Sistemdən istifadə etmək üçün istifadəçilər tərəfindən aşağıda qeyd olunan xidmətlər üzrə hər müraciətə görə aşağıda qeyd olunan məbləğlərdə istifadə haqqı ödəniləcək:

Sıra

№-si

İstifadə növü

Məbləğ

(manatla)

1 2 3
2.1.1.

Texniki reqlamentlə əhatə olunan malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının müvafiq texniki reqlamentlə müəyyən olunmuş tələblərə uyğunluğunun qiymətləndirilməsi barədə uyğunluq sertifikatlarının

elektron formada yaradılması

10
2.1.2.

Orta riskli mallar üçün uyğunluğu qiymətləndirən qurum tərəfindən uyğunluğun təsdiqi barədə təsdiqedici sənədin

elektron formada yaradılması

5
2.1.3.

Texniki reqlamentlə əhatə olunan malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının müvafiq texniki reqlamentlə müəyyən olunmuş tələblərə uyğunluğunun qiymətləndirilməsi barədə uyğunluq bəyannamələrinin

elektron formada yaradılması

ödənişsiz
2.1.4.

Malın (xidmətin, işin), onunla əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin), istehsal metodunun və işçi heyətin müvafiq standartlaşdırma sahəsində normativ sənədlərin tələblərinə uyğunluğunun qiymətləndirilməsi barədə

uyğunluq sertifikatlarının elektron formada yaradılması

10
2.1.5.

Xarici mənşəli uyğunluq sənədlərinin tanınması barədə

qərarların elektron formada yaradılması

20
2.1.6. İnspeksiya orqanının rəyinin elektron formada yaradılması 50
2.1.7.

Sınaq laboratoriyalarında aparılmış tədqiq (sınaq)

nəticələrinə dair sənədlərin elektron formada yaradılması

1
2.1.8.

Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmə metodikalarının (metodlarının) attestasiyası haqqında şəhadətnamələrin

elektron formada yaradılması

ödənişsiz
2.1.9.

Ölçmə vasitələrinin yoxlanılması haqqında

şəhadətnamələrin elektron formada yaradılması

1
2.1.10.

Ölçmə vasitələrinin kalibrlənməsi haqqında sertifikatların (kəmiyyət vahidinin dövlət etalonundan ötürülməsinin nəticələrinə dair kalibrlənmə haqqında sertifikatlar istisna

olmaqla) elektron formada yaradılması

1.50
2.1.11. Yararsızlıq haqqında bildirişlərin yaradılması ödənişsiz

Qeyd edilən xidmətlər üzrə müraciət edən və imtina alan şəxslər təkrar eyni predmet üzrə eyni növ müraciət etdikdə ondan ikinci dəfə istifadə haqqının ödənilməsi tələb olunmayacaq. İstifadəçilər tərəfindən Sistem vasitəsilə məlumatların alınması ödənişsiz olacaq.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa