!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kibercinayətkarlıqda yeni təhlükə: Artıq telefona da daxil ola bilirlər

!Reklam – Yazi

Son dərəcə təhlükəli kiber müdaxilə var. Vətəndaşların smartfonlarına daxil olaraq, bank hesablarından pulların çəkilməsi ilə bağlı şikayətlər artır.

Yenicag.az xəbər verir ki, bu sözləri İT mütəxəssisi Fərid Pərdəşünas deyib.

“Araşdırma və ilkin dəyərləndirmələrim göstərir ki, bu hücum növü ilə birbaşa smartfona müdaxilə olunur. Bu dələduzluq aktı deyil, kiber müdaxilədir. Smartfona quraşdırdığınız kənar tətbiqlər – “apk” faylları vasitəsilə bu müdaxilələrin olduğu ilkin ehtimaldır.

Vətəndaşlar ilkin olaraq telefonlarının söndüyünü, servisə aparıb, düzəltdikdən sonra isə bank hesablarında olan vəsaitlərinin hamısının çəkildiyindən şikayətlənirlər.

Qorunma üçün smartfonlarınıza kənar “apk” faylları yükləməkdən çəkinin”, – mütəxəssis bildirib.

COP29

www.yenicag.az

495
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv