Kilsəyə qarşı “va-bank”: Paşinyan Katolikosu niyə HƏDƏFƏ ALDI?

media-hightechnic-468x90

“Ermənistan hakimiyyəti 2018-ci ildən bəri ardıcıl şəkildə Erməni Apostol Kilsəsinə qarşı hücumlar təşkil edir. Onun fikrincə, bu, təkcə ideoloji deyil, həm də hüquqi çərçivədə kilsənin xüsusi statusunun dəyişdirilməsinə yönəlmiş planlı strategiyadır”.

Yenicag.az xəbər verir ki, bu barədə erməni polittexnoloq Vigen Hakobyan “Pastinfo”-ya açıqlamasında bildirib.

Hakobyan qeyd edir ki, Paşinyan hakimiyyətinin məqsədi kilsəni təkcə gözdən salmaq deyil, həm də onun müstəqil mövcudluğunu və milli institut statusunu zəiflətməkdir:

“Hakimiyyət Overton pəncərəsini açaraq əvvəllər müzakirə olunmayan mövzuları gündəmə gətirmək və Ermənistan Apostol Kilsəsinin statusunu dəyişmək niyyətindədir. Paşinyan faktiki olaraq Kilsəni öz idarə aparatına çevirmək istəyir”.

Polittexnoloqun sözlərinə görə, son gərginliyin katalizatoru Katolikos II Qareginin İsveçrədəki çıxışı olub:

“O çıxışda Katolikos Paşinyanın Qarabağ siyasətini tənqid edib və ona qarşı sərt mövqe nümayiş etdirib. Bu, Paşinyanın siyasətinə zidd olduğundan, onun üçün qəbulolunmaz sayılıb. Paşinyan “gerçək Ermənistan” ideyasını irəli sürməklə milli dəyərləri inkar edir, o cümlədən Kilsəni…”

Hakobyan Ermənistanı “faktiki olaraq çökmüş dövlət” (“failed state”) adlandıraraq qeyd edir ki, Paşinyanın dövründə ölkə suverenliyini və dövlət atributlarını itirib:

“Ermənistanın dövlətçiliyinin simvolik yükü indi Apostol Kilsəsinin üzərinə düşür. Kilsə millətin, tarixin, şəxsiyyətin daşıyıcısı olaraq alternativ dövlət rolunu oynayır. Paşinyan isə bu reallığı qəbul etmir”.

O əlavə edib ki, Paşinyan artıq “va-bank” oynayır:

“O, Kilsənin rəhbərlərini şəxsən hədəfə alır, hətta Katolikosun şəxsi həyatına dair böhtanlar yaymağa çalışır. Hətta uydurma “pedofiliya” ittihamları da gündəmə gətirildi, lakin bu kampaniya alınmadı. Məqsəd kilsəyə qarşı beynəlxalq auditoriyada anlaşılacaq bir leksikon yaratmaq idi, amma uğursuz oldu”.

Polittexnoloq hesab edir ki, Paşinyanın reytinqi aşağı düşdüyü və seçkilərlə hakimiyyətini qoruyub saxlaya bilməyəcəyini anladığı üçün yeni düşmən obrazları formalaşdırmağa çalışır:

“Artıq “keçmişlər”, Putin, Qərb və ABŞ günahkar elan olunub. İndi isə növbə Ermənistan Apostol Kilsəsinə çatıb. Kilsəni hədəfə almaqla Paşinyan sektant qrupları və müxtəlif dini təriqətləri öz ətrafında birləşdirməyə çalışır”.

Hakobyan bildirir ki, bu cəhdlərə baxmayaraq, Paşinyanın ictimai dəstəyi çox zəifləyib və “sülh gündəliyi” də artıq işlək deyil:

“Bu səbəbdən də o, daxildə yeni gərginlik ocaqları yaradır, bilərəkdən təhqiramiz ritorikaya əl atır ki, cavab reaksiyası alsın və bununla güc strukturlarını hərəkətə keçirmək üçün bəhanə əldə etsin”.

Sonda o vurğulayıb ki, Paşinyanın tərəfdarları belə bu gün niyə onu dəstəklədiklərini aydın izah edə bilmirlər:

“Onun siyasi dayağı artıq sağlam elektorat deyil, bir növ “siyasi sekta”dır”.

Rafi Müslümov

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600