Kim qalib gələcək? – Qərb yoxsa, Rusiya…

media-hightechnic-468x90

11336076_10205896653448231_2093759689_nMais Gülalıyev: “ABŞ Rusiyaya qarşı mübarizədə sürətli silahlanma məqamından bacarıqla istifadə edə bilir”

Artıq ABŞ başda olmaqla Qərb dünyası ilə Rusiya arasında savaş kəskin xarakter almağa başlayıb. Hər iki tərəf indilikdə hələlik hərbi təlimlər vasitəsilə bir-birinə güc nümayişi göstərməkdə davam edir. Belə vəziyyət bir müddətdən sonra prosesin daha kəskin xarakter alacağını deməyə əsas verir. Bəs görəsən, bu qarşıdurmadan kim qalib çıxa bilər?

Rusiyanın aqibəti sovet imperiyasının aqibəti kimi olmayacaq ki?

 

Politoloq Mais Gülalıyevin fikrincə, indiki halda Rusiya ilə Qərb arasında qarşıdurmadan ikincinin qələbə ilə çıxmaq şansları daha yüksəkdir:

“Yaxın gələcəkdə Qərblə Rusiya arasında mübarizədə kimin qalib gələcəyini demək bir o qədər də çətin deyil. Çünki, hazırda ABŞ başda olmaqla Qərb hazırda ümumdaxili məhsul, elm-texnologiya, silahlanma səviyyəsi baxımından Rusiya ilə müqayisədə çox irəlidədir. Bu mübarizədə əhalinin həyat şəraitinin mühüm əhəmiyyəti vardır. Ölkələr arasında rəqabət qabiliyyəti həm də insanların yaşayışı, həyat səviyyəsi, rifah halı ilə də ölçülür ki, bu göstəricilərə görə də Qərb Rusiyanı kəskin qabaqlayır. Hərbi baxımdan NATO da Rusiyadan güclüdür. Lakin bir məsələ var ki, Avropanı Rusiya ilə hərbi qarşıdurmaya getməkdən çəkindirir. O da ondan ibarətdir ki, qarşıdurmada müəyyən qədər itirəcəyini Rusiya cəmiyyəti qəbul edə bilirsə, Qərb isə zərrə qədər də olsa itirməyi qəbul edə bilmir. Avropada hər hansı bir ailənin həyat şəraiti dünənkinə nisbətən bu gün bir az pisləşən kimi o dəqiqə silkələnir. Rusiyada isə cəmiyyət böhranlı vəziyyətlərə, məhrumiyyətlərə dözməyə vərdiş edib. Ona görə Rusiya cəmiyyətində hər hansı qarşıdurmaya görə sosial kataklizmalar yaranmaya bilər. ABŞ Rusiyaya qarşı mübarizədə sürətli silahlanma məqamından bacarıqla istifadə edə bilir. Rusiyanın tarixi göstərir ki, böyük qarşıdurmalar, müharibə yolu ilə bu ölkə cəmiyyətinə ciddi şəkildə ziyan yetirmək mümkün olmur. Rusiyaya ancaq dinc şəraitdə zərbə endirmək olur. Hitler Almaniyası SSRİ-ni dağıda bilmədi, ancaq demokratiya, insan hüquqları, açıq cəmiyyət ideyaları isə bu ölkəni dağıtdı. Eyni şəkildə sürətli silahlanma adı ilə Rusiyanın iqtisadiyyatına böyük zərbə dəyə bilər. Sürətli silahlanma qüvvələr balansını öz tərəfinə çevirmək üçün ABŞ-ın əlində ciddi bir vasitədir”.

ELÇİN

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600