“Kimlərsə etik normalara əməl edə bilmirsə…”

media-hightechnic-468x90

jjjjjjAzərbaycan Xalq Cəbhəsinin 25 illik yubiley tədbiri ilə bağlı təşkil olunan tədbirdə qonaq qismində iştirak edən ADP sədri Sərdar Cəlaloğuna qarşı yol verilən hörmətsizlik siyasilər tərəfindən ciddi etiraz və narazılığa səbəb olub.

Baş verənlərə münasibət bildirən partiya yetkililəri məlum olayı nəinki siyasi etika baxımından, hətta adi insani nöqteyi-nəzərdən belə qəbuledilməz olduğunu vurğulayıb.

Məlumat üçün qeyd edək ki, S.Cəlaloğlu AXCP tərəfindən təşkil edilən yubiley tədbirində çıxış edərkən onun nitqi bir qrup şəxs tərəfindən müxtəlif şüarlar və hərəkətlər vasitəsi ilə kəsilib və nəticədə çıxışını yarımçıq dayandırmalı olan partiya sədri salonu tərk edib.

Açıqlama verən Ümid Partiyasının sədri İqbal Ağazadə S.Cəlaloğlu ilə bağlı yaşananların yolverilməz olduğunu vuruladı:“Sərdar bəy həmin tədbirə özbaşına getməmişdi. Sərdar bəyi ora çağırmışdılar. Sərdar bəy söz istəməmişdi. Onlar Sərdar bəyə söz vermişdilər. Söz vermişdilərsə, deməli onu sona qədər dinləməli idilər. Kimlərsə adi etik normalara riayyət edə bilmirsə, Azərbaycan cəmiyyətində, Azərbaycan siyasətində nəyisə yaxşı mənada dəyişəcəklərinə iddia etməsin. Öncə adi insani davranışlara sahib olsunlar, daha sonra toplum mədəniyyəti, onun idarəsi ilə bağlı fikirlərini ifadə etsinlər. Təəssüflər olsun ki, mən dünənki olayda adicə etik normalara riayyət olunmaması faktını gördüm. Mən bu hadisəyə nə demokratiya, nə siyasi etika, nə fərqli fikirlərə dözümlü yanaşmaq və s. axımından yanaşmaq istəmirəm və yanaşmıram. Mən məsələyə insani nöqteyi-nəzərdən, etik normalar baxımından yanaşıram. Hesab edirəm ki, bu, yolverilməz bir hadisədir və kimin nə deməyindən, onun dediklərinin xoşuna gəlib-gəlməməyindən asılı olmayaraq dəvət etdiyin, söz verdiyin şəxsi dinləməyə məhkumsan”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600