"Kimsə ona "niyə xoruzlanırsan" deyirmi?" - Ərdoğan

media-hightechnic-468x90

Kimsə almanların formasında qartal var deyirmi? Fransızların formasında xoruz var, “niyə xoruzlanırsan” deyirmi?

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ölkə başçısı milli komandanın futbolçusu Merih Dəmiralın UEFA tərəfindən 2 oyunluq cəzalanmasına münasibət bildirib.

“Merih orada bu görüntü ilə həyəcanını nümayiş etdirib”, – Ərdoğan vurğulayıb.

Qeyd edək ki, Almaniyada keçirilən Avropa çempionatının 1/8 finalında Avstriyaya iki qol vuran Merih Dəmiral Bozqurd işarəsi göstərmişdi. UEFA bununla bağlı Almaniyanın şikayəti üzrə araşdırmaya başlamışdı.

Bu gün UEFA Dəmiralı iki oyunluq cəzalandırdığını elan edib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05