Kiprdə iki dövlətli həll yolu: “Türkiyə Silahlı Qüvvələri Şərqi Aralıq dənizində sülhün təmsilçisidir” - Ertan Birinci
“Türkiyə ordusunun adadakı varlığı Kipr türkləri üçün deyil, yunanlar üçün də önəmlidir”.
Bunu Kipr adasında Türk Silahlı Qüvvələrinin varlığının əhəmiyyətindən danışan “Kıbrıs Genç TV”nin sahibi Ertan Birinci Yenicag.az-a açıqlamasında deyib.
O bildirib ki, 1974-cü ilə qədər Kiprdə çox qan axıb:
“Kiprli türklər öldürülüb kütləvi məzarlarda basdırılıblar. Kipr Sülh Hərəkatı ilə Türkiyə Silahlı Qüvvələri adaya sülh gətirdi. Buna görə də onun adadakı adı “sülh qüvvələri”dir. TSQ-nin 1974-cü ilin 20 iyulunda adaya gəlməsi ilə axan qan dayanıb və sülh təsis edilib. Hətta FIFA bəzi futbol matçlarını, xüsusilə Tel-Əviv-Milan matçını Kiprdə təşkil edib.
Kiprə bu təhlükəsizliyi bəxş edən, ölümlərin qarşısını alan Türkiyə Silahlı Qüvvələridir. TSQ-nin varlığı sadəcə Kipr türkləri üçün deyil, yunanlar üçün də önəmlidir. Bu coğrafiya üçün Türkiyə Silahlı Qüvvələri Şərqi Aralıq dənizində sülhün təmsilçisi, “Mavi vətən”in keçikçisidir”.












