!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kirayə evlərin qiymətləri artdı

!Reklam – Yazi

menzil_az13920113086i9rjza6“MBA LTD” Qiymətləndirmə və Konsaltinq Şirkətinin rəhbəri Nüsrət İbrahimovun sözlərinə görə, daşınmaz əmlak bazarında durğunluq davam edir. Ekspert  deyib ki, bazarda aktivlik ötən ilin müvafiq ayı ilə müqayisədə 2 dəfə azdır: “Bazarda tələbin azalması ilə yanaşı, təklifin də azalması müşahidə edilir. Son 3 ayda təklif portfelinin həcmi 23,1faiz azalıb.

Bunun əksinə olaraq kirayə bazarında əvvəlki aylarla müqayisədə aktivlik duyulur. Qiymətlərdə 3,46 faiz artım hesablanıb. Mövsümi ayların başlanması ilə əlaqədar kirayə verənlər qiymətləri artırmağa başlayıb.

İlkin mənzil bazarında son ayda qiymətlər 0,1faiz artaraq 1037 dollar təşkil edib. Lakin bu artım təklif portfelində struktur dəyişikliyin nəticəsidir. Ucuz mənzillərin payı 2,3 faiz azalıb, əvəzində bahalı mənzillərin payı artıb.

Təkrar mənzil bazarında isə qiymətlər 3,49 faiz azalaraq 1549 dollar təşkil edib. İlin əvvəli ilə müqayisədə ümumi mənzil bazarında qiymətlər dollarla ifadədə 26,28, manatla ifadədə isə 1,52 faiz azalıb”.

Onun sözlərinə görə, daşınmaz əmlak bazarının digər seqmentləri ilə yanaşı, torpaq sahələri bazarında da nisbi sükutluq var: “Bu bazarda qeyri-mövsümi aylar başlayır. Qiymətlər isə ay ərzində 4,12 faiz azalaraq bir sot üçün 16737 dollar olub”.
Nüsrət İbrahimov ölkə başçısının ipoteka ilə bağlı müvafiq qərarına (əlavə olaraq 200 milyon manat ayrılması) da münasibət bildirib: “2009-cu ildə ipoteka bazarında atılan əlavə vəsait bazarda canlanmaya səbəb oldu. Güman edirəm ki, bu dəfə də belə olar”.

Ekspertin fikrincə, kredit təşkilatlarının və maliyyə sektorunun aktivliyindən asılı olaraq əhalinin alıcılıq qabiliyyəti yenidən arta bilər: “Güman edirəm ki, yaxın aylarda müvafiq qurumlar bu istiqamətdə mühüm addım atacaqlar”(modern).

www.yenicag.az

486
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv