!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kirayə mənzil bazarında DAVAMLI BAHALAŞMA: “Süni qiymət artımının qarşısını almaq üçün...”

!Reklam – Yazi

 

“Çoxmənzilli binaların söküntüsü intensivləşdiyindən, tikinti prosesi dövründə sakinlər üçün kirayə mənzillərə tələbat artır”.

Bu fikirləri son zamanlar kirayə mənzillərdə müşahidə olunan qiymət artımının yeni dalğası haqda danışan əmlak məsələləri üzrə ekspert Ramil Osmalı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, kirayə mənzillərdə süni qiymət artımının qarşısını almaq üçün zəruri tədbirlər görülməlidir:

“Bakı şəhərində demək olar, hər il kirayə mənzillərin təklif sayı azalmaqda davam edir. Bunun səbəbi isə şəhərsalma prosesinin genişləndiyi şəraitdə kirayə mənzil bazarı üçün təklifin əsas hissəsini təşkil edən bir və iki mərtəbəli fərdi evlərdən ibarət yaşayış massivlərinın azalmasıdır.

Eyni zamanda, istismar müddətini başa vuran çoxmənzilli binaların söküntüsü də intensivləşdiyindən, tikinti prosesi dövründə sakinlər üçün kirayə mənzillərə tələbat artır. Bu səbəbdən, kirayə mənzil bazarında ildən-ilə qiymət artımını müşahidə edirik.

Onu da qeyd edim ki, Bakı şəhərində indiki kirayə qiymətlərini qonşu ölkəlkərlə müqayisədə normal hesab etmək olar. Hökumət bundan sonrakı dövrlərdə qiymət artımının qarşısının alınması, yaxud süni qiymət artımının olmaması üçün müxtəlif proqramlar hazırlamalı, xüsusilə, özəl sahibkarları bu prosesə cəlb etməlidir.

Bu çərçivədə kampus (yataqxana) tipli obyektlərin tikintisinin stimullaşdırılması istiqamətində də uyğun addımların atılmasına ehtiyac var. Əks halda, qarşıdakı illərdə kirayə mənzil bazarında davamlı qiymət artımı qaçılmaz olacaq.”.

Nuray Məmmədzadə

COP29

www.yenicag.az

275
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv