KİV: Krım körpüsünə hücum oldu, iki nəfər öldü

media-hightechnic-468x90

Gecə saatlarında Krım körpüsünə hücum olduğu bildirilir.

Yenicag.az UNİAN-a istinadən xəbər verir ki, regionun rəhbəri Sergey Aksyonov bildirib ki, Krım körpüsündə aşırımlardan biri uçub, nəqliyyatın hərəkəti tamamilə dayandırılıb. Körpünün girişində uzun tıxacın yarandığı bildirilir.

“Mövcud vəziyyəti nəzərə alaraq yarımadanın sakinləri və qonaqlarından xahiş edirəm ki, alternativ quru yolu seçsinlər”, – Aksyonov bildirib.

Rusiyanın teleqram kanallarının məlumatında bildirilib ki, ilkin məlumatlara görə, Krım körpüsünün aşırımının uçması nəticəsində azı 2 nəfər ölüb, bir nəfər isə yaralanıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600