!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

KİVDF-nin sabiq rəhbərinin "doymayan gözü": 5,7 milyon manat...

!Reklam – Yazi

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli cinayət yolu ilə əldə etdiyi pul vəsaitini kommersiya bankında olan milli və xarici valyutadakı depozit hesablarına 2015-2018-ci illər ərzində cəmi 5 milyon 796 min manatı yerləşdiriməklə cinayət yolu ilə əldə edilmiş xüsusilə külli kiqdarda pul vəsaitlərini leqallaşdırıb.

Yenicag.az xəbər ki, bu barədə Baş Prokurorluğun yaydığı məlumatda deyilir.

Məlumatda qeyd edilir ki, bu vəsaitlər jirnalistlər üçün tikilən binaların tikintisi, qəzetlərə maliyyə yardımının göstərilməsi məqsədi ilə dövlət tərəfindən ayrılmış vəsait və Fondun binasının icarəsində yol verilən maliyyə qanunsuzluqları nəticəsində əldə edilib.

Qeyd edək ki, ümumi iş üzrə toplanmış ilkin sübutlar əsasında Səfərli Vüqar Müzəffər oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq olaraq 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) və 313 (vəzifə saxtakarlığı), Məmmədov Nadir Məhərrəm oğlu isə Cinayət Məcəlləsinin 179.4, 308.2 və 313-cü maddələrinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

www.yenicag.az

1978
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv