Kiyevin meyit DİLEMMASI – Ukrayna öz əsgərlərindən niyə İMTİNA EDİR?

media-hightechnic-468x90

“İstanbul danışıqlarının nəticəsi kimi həlak olanların “1000-in 1000-ə” qarşılıq qaytarılması prosesinin Ukrayna tərəfindən ləngidilməsi, əslində, Kiyev üçün ağır prosesdir. Çünki birdən birə ölkəyə min cənazənin daxil olması daxildə gərginlik yarada bilər”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.

Siyasi təhlilçi Rusiya və Ukrayna arasında baş tutan İstanbul danışıqlarından sonra tərəflərin “1000-in 1000-nə” prinsipi ilə həlak olanların meyitlərin qaytarılması prosesində Kiyevin ukraynalı hərbçilərin meyitlərini qəbul etməsindən imtinasının səbəblərini izah edib.

Onun sözlərinə görə, bununla yanaşı, həmin meyitlərin kimə aid olmasını dəqiqləşdirmək də vaxt aparan məsələdir:

“Rusiya bu meyitlərin ukraynalılara aid olduğunu desə də, bu, dəqiqləşdirilməlidir. Rusiyanın özünü bu barədə aktiv aparması da şübhələr yaradır. Məsələ ondadır ki, öz əsgərlərinin meyitlərini belə döyüş meydanında qoyan, mobil krematoriyalarda yandıran Rusiyanın ukraynalı əsgərlərin meyitlərini uzun müddət saxlaması müəmmalıdır. Böyük ehtimalla, bu cəsədlər arasında xaricdən gəlmiş muzdlu döyüşçülərin cəsədləri ola bilər ki, Rusiya bundan qurtulmaq üçün onları Ukraynaya aid kimi göstərə bilər. Ukrayna tərəfi isə həqiqətən onun tərəfindən döyüşən muzdlu əsgərlərin meyitlərindən imtina etməklə onun tərəfində belə əsgərlərin olmasını açıq etmək istəməz. Görünən odur ki, proses bəzi qaranlıq məqamlara işıq sala bilər. Ona görə də məsələ uzanır. Hesab edirəm ki, Ukrayna tərəfi hələ məsələni xeyli uzadacaq. Kompensasiya məsələsi isə mümkün deyil, Ukrayna bunu ödəməz. Özü də Rusiyanın Ukraynaya vurduğu ziyanın ödənilməsi hələ gündəmdə olmayarkən Kiyevin bunu etməsi inandırıcı görünmür”

Rafi Müslümov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa