Klinton yenə uduzdu – Tramp prezidentliyin bir addımlığında
ABŞ-da Demokratlar Partiyasından prezidentliyə namizəd Berni Sanders Qərbi Virciniya ştatında keçirilən ilkin seçkilərdə qalib gəlib.
Bu barədə AzVision.az “CBS News”-a istinadən xəbər verir.
Sanders seçkilərdə seçicilərin 51 faiz səsin toplayıb. Onun əsas rəqibi sabiq dövlət katibi Hilari Klinton isə 36 faiz toplaya bilib.
Qərbi Virciniya, o cümlədən Nebraska ştatlarında Respublikaçılar Partiyasının ilkin seçkiləri keçirilib. Bu seçkilərdə partiyanın yeganə namizədi Donald tramp qalib gəlib.