“Köhnə düşmənçilik səhifələri bağlanacaq” – Deputat Qərbi Azərbaycana qayıdışdan DANIŞDI

media-hightechnic-468x90

“Qərbi Azərbaycana qayıdış təmin olunandan sonra köhnə düşmənçilik səhifələri bağlanacaq və birgəyaşayışı bərpa etməklə regionda sülh və əmin-amanlıq içində yaşamaq üçün zəmin yaranacaq”.

Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

media-1746442684_azer_badamov_esasdir

O, Qərbi Azərbaycana qayıdışın perspektivlərindən danışıb.

Deputat bildirib ki, Qərbi azərbaycanlıların öz ata-baba torpaqlarına təhlükəsiz və ləyaqətli qayıdışı tarixi ədalətsizliyin aradan qaldırılmasını təmin etməklə yanaşı, Cənubi Qafqazda sabitlik və barışıq üçün mühüm addımdır:

“Bəli, istər sülh, istərsə də güc yolu ilə deportasiya olunmuş azərbaycanlıların öz doğma yurdlarına qayıtması başlıca hədəflərimizdəndir. İkinci Qarabağ müharibəsində torpaqlarımız işğaldan azad olunana qədər hər birimiz qarabağlı idik. Bu missiyanı Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla başa çatdırdıq. İndiki mərhələdə isə “Hamımız Qərbi azərbaycanlıyıq” şüarı altında birləşərək qayıdış təmin edilənədək mübarizə aparmalıyıq”.

Onun sözlərinə görə, döyüş meydanında mübarizə aparmaqla tarixi torpaqlarımıza qayıdış missiyamızı həyata keçirmək niyyətində deyilik:

“Amma çalışırıq ki, beynəlxalq təşkilatlarda haqq səsimiz eşidilsin və tarixi torpaqlara qayıtmağımızla bağlı Ermənistana təzyiq göstərilsin. Çünki Qərbi Azərbaycana qayıtmaq beynəlxalq hüquqa görə azərbaycanlıların təməl haqqıdır. Bu baxımdan, Ermənistan hakimiyyəti Qərbi Azərbaycan icmasının nümayəndələrini qəbul etməli və təhlükəsiz qayıdışın təmin olunması ilə bağlı yollar araşdırılmalıdır”.

“Düzdür, ermənilər Qərbi Azərbaycanda azərbaycanlılara aid toponimlər, dini, mədəni və tarixi abidələri yerlə-yeksan edib. Amma azərbaycanlılar öz doğma yurdunu heç vaxt unutmur və qayıdış təmin olunandan sonra bütün tarixi ədalətsizliklər və dağıdılmış mədəniyyətlər bərpa ediləcək. Azərbaycanlılar Qərbi Azərbaycanda birgəyaşayışı dəstəkləyirlər. Bu baxımdan Qərbi Azərbaycana qayıdış təmin olunandan sonra köhnə düşmənçilik səhifələri bağlanacaq və birgəyaşayışı bərpa etməklə regionda sülh və əmin-amanlıq içində yaşamaq üçün zəmin yaranacaq”, – deyə o, fikirlərini tamamlayıb.

Nəsimi Ələsgərli

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600