Köməksiz qalan azyaşlı belə xilas edildi - VİDEO

media-hightechnic-468x90

Bakıda çoxmərtəbəli yaşayış binasında köməksiz qalan azyaşlıların xilas edilməsinin görüntüləri yayılıb.

Yenicag.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu, 8-ci mikrorayon, Azadlıq prospekti və 7-ci mikrorayon, S.S.Axundov küçəsində yerləşən hündürmərtəbəli yaşayış binalarında azyaşlıların mənzilldə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər xüsusi alpinist ləvazimatlarından istifadə etməklə mənzillərə pəncərədən daxil olub və köməksiz vəziyyətdə qalan azyaşlılar – 2012-ci il təvəllüdlü M.R və 2021-ci il təvəllüdlü R.Y xilas edərək ailə üzvlərinə təhvil veriblər.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa