Konsulu öldürən lider qətlə yetirildi
2012-ci ildə Liviyanın Benqazi şəhərində ABŞ konsulluğuna basqın edərək səfir Kris Stivens də daxil olmaqla 4 diplomatı qətlə yetirən “Ənsar’uş Şeria” terror təşkilatının lideri Məhəmməd Zahavi öldürülür.
Yenicag.az lent.az-a istinadən bildirir ki, mərkəzi Benqazi olan təşkilat öz tvitter səhifəsində Zahavinin “şəhid olduğu”nu qeyd edib. Onun kim tərəfəindən, nə vaxt, hansı şəraitdə öldürüldüyü bildirilməsə də, təşkilat üzvləri liderlərinin intiqamını alacaqlarını bəyan ediblər.