Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarını başa çatıb.
Yenicag.az xəbər verir ki, tarixində ilk dəfə pley-off mərhələsində çıxış edən “Qarabağ” da cavab oyununa çıxıb.
Təmsilçimiz Danimarkada “Kopenhagen”in qonağı olub. İlk hissənin sonunda qapısında gördüyü qolla fasiləyə məğlub yollanan ağdamlılar, 63-cü dəqiqədə cavab qolunu vurub. Dino Ndlovu azərbaycanlı azarkeşləri ayağa qaldırıb. Lakin, bundan 2 dəqiqə sonra danimarkalılar yenidən hesabda önə keçib – 2:1.
Oyunda bundan başqa qol olmayıb. Belədə, “Qarabağ” Azərbaycan futbolunda tarix yazaraq, ilk dəfə adını Çempionlar Liqasının qrupuna vəsiqə qazanıb.
Təbriklər, Azərbaycan!
22:45. “Kopenhagen” (Danimarka) – “Qarabağ” (Azərbaycan) – 2:1
Qol:Federiko Santander, 41+1 (1:0), Dino Ndlovu, 63 (1:1), Pavloviç, 66 (2:1)
Baş hakim: Alberto Undiano Mallenko
Baş hakimin köməkçiləri: Roberto Alonso Fernandes, Raul Kabanyero Martines
Əlavə köməkçi hakimlər: Alexandro Xose Ernandes, Xose Mariya Sançes Martines
Dördüncü hakim: Dieqo Barbero Sevilya (hamısı İspaniya)
Hakim-inspektor: Alfredo Trentalanqe (İtaliya)
UEFA nümayəndəsi: Alan Makri (Şotlandiya)
Kopenhagen. “Tella Parken” stadionu
İlk oyun – 0:1
www.yenicag.az