!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Kor gözlərinə eynək taxıb baxmalıdırlar ki, beton plitələr düzərək yolu bağlayanlar...” – Millət vəkili

!Reklam – Yazi

“General Volkov Rusiyadan Qarabağa göndərilmiş Vardanyanla bərabər quldurluq edərək Azərbaycanın sərvətlərini talayır, ekoloji terror həyata keçirir”.

Bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın ölkəsinin “Laçın yolunun bağlanması ilə bağlı narahatlığı” haqda fikirlərinə münasibət Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Qarabağdakı separatçılara hər imkanda dəstək verən Rusiya hərbi kontingentini sülhməramlı adlandırmaq mümkün deyil:

“Həmin ərazidə gərginliyi yaradan azərbaycanlı aktivistlər yox, Rusiya silahlı qüvvələridir. Bəli, mən onlara sülhməramlı demirəm. Onlar erməniyanlı, erməniməramlı, separatçıları müdafiə və himayə edən Rusiya hərbi kontingentidir. Bu təlimatları da onlar Rusiyanın siyasi-hərbi rəhbərliyindən alırlar.

Bəlli oldu ki, Azərbaycanın təbii sərvətləri dağıdılır, talan edilir, qeyri-qanuni şəkildə istismara məruz qoyulur, ərazidən çıxarılan qiymətli faydalı qazıntılar bazarda satılır, pula çevrilir və o vəsaitlərlə silah alınaraq həm Ermənistan silahlı qüvvələrinə, həm də separatçılara göndərilir.

Bir daha deyirəm, orada gərginliyi yaradan Rusiyanın ərazimizdə yerləşdirilən silahlı qüvvələridir, yolu bağlayan da onlardır. Onlar ən azı kor gözlərinə eynək taxıb baxmalıdırlar ki, beton plitələr düzərək yolu bağlayanlar Rusiya hərbçiləridir. Azərbaycanlı fəallar isə buna etiraz olaraq dinc aksiyalarını davam etdirirlər. Dünən hamı gördü ki, Rusiya hərbçilərinin təchizat maşınları o yoldan problemsiz keçib getdilər, vətənpərvər övladlarımız onlara heç bir maneə yaratmadılar.

Bu gün general Volkov Rusiyadan Qarabağa göndərilmiş Vardanyanla bərabər quldurluq edərək Azərbaycanın sərvətlərini talayır, ekoloji terror həyata keçirir. Belə sülhməramlı qüvvə ola bilməz. Bu halda Azərbaycan xalqının iradəsi ortada olacaq və Rusiya silahlı qüvvələri torpaqlarımızdan çıxarılaraq gəldikləri istiqamətdə geri göndəriləcək. Bu cür “sülhməramlı missiya” ancaq imperialist, müstəmləkə məqsədi güdən, başqa xalqların torpaqlarını ələ keçirməyə çalışan dövlətlərə məxsus ola bilər ki, biz də bunun Rusiya tərəfindən həyata keçirildiyini görməkdəyik”.

A.Zeynalov

www.yenicag.az

754
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv