Koreya Rusiyaya qarşı böyük sanksiya paketi hazırlayır

media-hightechnic-468x90

Cənubi Koreya hökuməti avtomobillər də daxil olmaqla, Rusiya və Belarusa daha 682 növ malın tədarükünü qadağan edəcək.

Yenicag.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Ticarət, Sənaye və Energetika Nazirliyi məlumat yayıb.

Rəsmi Seul Rusiya və Belarusa ixracı qadağan edilən məhsulların siyahısında bəzi dəyişikliklər edib. Hazırda mal və əmtəələrin sayı 1159-a çatdırılıb.

Qadağan olunmuş məhsullar arasında xüsusilə istehlak materialları, eləcə də ağır tikinti texnikası, akkumulyator batareyaları, aviasiya avadanlığının komponentləri və mühərrik həcmi 2000 kub kubmetrdən çox olan minik avtomobilləri daxildir.

Yeni sanksiyalar və məhdudiyyətlər 2024-cü ilin əvvəlindən qüvvəyə minəcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600