Reklam

Reklam

Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzinin (NMM) yeri dəyişdirilir.

Yeniçağ.Az “Report”a istinadən xəbər verir ki, yeni iş həftəsindən etibarən NMM müvəqqəti olaraq metronun “Koroğlu” stansiyasının qarşı tərəfdəki (Heydər Əliyev prospektinin hava limanı istiqamətinə gedən hissəsində) çıxışına yaxın ərazidə olacaq.

Məqsəd paytaxtda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları zamanı ətraf kənd və qəsəbələrdən Koroğlu metrostansiyasına, eləcə də əks istiqamətdə hərəkət edən sərnişin avtobuslarının rahat, fasiləsiz ən əsası da təhlükəsiz fəaliyyətini təmin etməkdir.

Dəyişikliklə əlaqədar Bakı Nəqliyyat Agentliyi mütəxəsisslərinin iştirakı ilə ərazidə müvafiq nişanlanma işlərinə, həmçinin bura daxil olacaq marşrut xətləri ilə bağlı məlumat löhvələrinin yerləşdirilməsinə başlanıb.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 79
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."