"Bişkekdə Qarabağdakı sülhməramlıların taleyi müzakirə olunacaq" - Korotçenko

media-hightechnic-468x90

“Putin və Əliyev Bişkekdə Qarabağdakı RSK-nin gələcək taleyini müzakirə edə bilər”.

Yenicag.az xəbər verir ki, bu barədə Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru, rusiyalı hərbi ekspert İqor Korotçenko sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, prezidentlər Rusiya sülhməramlı kontingentinin (RSK) məsələsini müzakirə edə bilərlər.

“Sülhməramlıların taleyi Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər məsələsidir. Çünki Qarabağ Azərbaycan ərazisidir və Rusiya sülhməramlı kontingentinin burada olması bundan sonra da ikitərəfli müqavilələrlə tənzimlənəcək.

Müxtəlif variantlar ola bilər və mən hesab edirəm ki, məsələ prinsipial olaraq müzakirə olunacaq. Ola bilsin ki, bu gün və ya sabah Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyevin elan olunmuş görüşü Bişkekdə MDB-yə üzv dövlətlər forumu çərçivəsində baş tutacaq”, – Korotçenko bildirib.

Xuraman Etibarlı

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600