“Korrupsiyaya bulaşmış əllər kəsiləcək”

media-hightechnic-468x90

81211“Xalqı qarət etməyə son qoyun. Bu xalqın puludur”. Yenicag anspress-ə istinadən bildirir ki, bunu Paraqvay prezidenti Orasio Kartes deyib.

O, hökumət üzvlərinə müraciət edib.

Prezident Vilya Ayes şəhərində çıxış edib.

Lakin Paraqvayın dövlət başçısı sözlərinin dəqiq kimə ünvanlandığını açıqlamayıb.
O, qeyd edib ki, rəhbərlik korrupsiyaya bulaşmış bütün məmurların “əllərini kəsəcək”.

Paraqvayda uzun müddətdir ki, rüşvətlə bağlı ciddi problemlər mövcuddur.

Nazirlər Kabinetinin iki üzvü də korrupsiyada ittiham edilir. Onların işi hazırda məhkəmədədir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa