!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Köşə yazarlığı niyə yoxa çıxır? – Səbəblər AÇIQLANDI

!Reklam – Yazi

“Sosial medianın genişlənməsi, bloqçuluğun meydana gəlməsi, qəzet jurnalistikasının yoxa çıxması, xəbərin çoxalması fərdi yazarlığı, fikir jurnalistikasını bir növ “öldürdü”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında mediada köşə yazarlarının sayının azalması haqda danışan “Report” Media Məktəbinin rəhbəri, media eksperti İsmayıl Rafiqoğlu deyib.

Jurnalist mediada köşə yazarlarının tədricən yoxa çıxdığını bildirib:

“Haradasa 15-20 il öncə hər özündən deyən mətbuat orqanında mütləq adla tanınan, yüksək səviyyəli yazı ortaya qoya bilən xeyli jurnalist vardı. Hətta yaxşı sayt köşə yazarları ilə tanınardı. İctimai çəkisi olan qəzeti müəyyən bir yazara görə alan insanlar vardı. Köşə, analitik və publisistik yazı yazanların sayı-hesabı bilinmirdi. Yaza bilməyən jurnalistə mətbuatda yer yox idi. Hətta televiziya jurnalistləri də azdan-çoxdan yaza bilirdilər. Sosial medianın genişlənməsi, bloqçuluğun meydana gəlməsi, qəzet jurnalistikasının yoxa çıxması, xəbərin çoxalması fərdi yazarlığı, fikir jurnalistikasını bir növ “öldürdü”. İndi hamı yazar olub. Sosial şəbəkədə bir səhifən varsa, deməli, sən də bir fikir ifadəçisisən. Qəzet yazı məktəbi idi, jurnalist burada fikrini düzgün ifadə etməyi öyrənirdi.

İ.Rafiqoğlu qeyd edib ki, bu gün yaxşı yazı yazmaq yox, populyar olmaq daha əhəmiyyətlidir:

“Əvvəl jurnalist xəbər yazmaq, material hazırlamaq üçün gəzməli idi. Bu gün xəbər özü onun ayağına gəlir. Sosial medianın da quruluşu elədir ki, daha böyük həcmli yazı oxuyan yoxdur, qısa postlar kifayət edər. Bir sözlə, hazırda yazı bacarığı olan jurnalistlərin özünü ifadə etməyə məkanı qalmayıb”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

398
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv