Beynəlxalq Kosmik Stansiyaya (BKS) birləşən Rusiyanın yeni kosmik-laboratoriya modulu yanlışlıqla işə düşüb.
Yenicag.az xəbər verir ki, bu barədə NASA məlumat yayıb.
Qeyd edilib ki, dünən “Roskosmos” tərəfindən BKS-ə göndərilən “Nauka” adlı modul stansiyaya qoşulduqdan bir neçə saat sonra yanlışlıqla işə düşüb.
Belə ki, modulun mühərrikinin işə düşməsi nəticəsində BKS-in mövcud məkanını 45 dərəcə dəyişib.
NASA-dan stansiyadakı 7 heyətin həyatı üçün heç bir təhlükənin olmadığı, müdaxilə nəticəsində BKS-in əvvəlki yerinə qaytarıldığı bildirilib.