Kral 400-dən çox terrorçunu əfv etdi

media-hightechnic-468x90

Mərakeş kralı VI Məhəmməd terrorçuluq ittihamı ilə məhkum edilmiş 400-dən çox şəxsi əfv edib.

media-banner_tuq

Yenicag.Az-ın “APA”ya istinadən verdiyi xəbərə görə, əfv fərmanı Mərakeş inqilabının 64-cü ildönümü ilə əlaqədar imzalanıb.

“Məhkumlar milli dəyərlərə rəsmi olaraq sadiqliyini ifadə ediblər, ekstremizm və terrorçuluqdan imtina etdiklərini bəyan ediblər, habelə həbsdə olduqları müddətdə yaxşı davranış nümayiş etdiriblər”, – deyə Mərakeş Ədliyyə Nazirliyinin bəyanatında bildirilir.

Qeyd edək ki, iyulun sonunda Mərakeş kralı VI Məhəmməd etirazlarda iştiraka görə həbs olunmuş 1200 məhbusu əfv edib.

Yenicag.Az

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05