Kreml Bakıda “Rus Evi”nin bağlanmasına münasibət bildirdi

media-hightechnic-468x90

Rusiya tərəfi Bakıda “Rus evi” Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin bağlanmasından təəssüflənir.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Biz hesab edirik ki, bu, anlaşılmazlıqdır və onu bütün səviyyələrdə ikitərəfli təmaslar vasitəsilə həll etmək olar”, –  o, jurnalistlərlə söhbətində deyib.

Peskovun sözlərinə görə, təmaslar ən yüksək səviyyədə aparılarsa, dövlət başçıları səviyyəsində dialoq istisna oluna bilməz. Kreml sözçüsü əlavə edib ki, Moskva və Bakı vəziyyəti yaxşı münasibətlər əsasında həll edəcək.

Xatırladaq ki, ötən gün Azərbaycan tərəfi “Rossotrudniçestvo” agentliyinin ölkə ərazisində fəaliyyətinə xitam verilməsi barədə diplomatik kanallar vasitəsilə Rusiyaya rəsmi bildiriş göndərib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05