“Qarabağdakı beynəlxalq sülhməramlı mandat üçün Azərbaycanın və Ermənistanın razılığı lazımdır”.
Yenicag.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib.
O bildirib ki, bölgəyə beynəlxalq vasitəçilərin yerləşdirilməsi yalnız hər iki tərəfin – həm Azərbaycanın, həm də Ermənistanın razılığı ilə mümkündür.
Qeyd edək ki, bu gün Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib ki, Qarabağdakı Rusiya sülhməramlıları təhlükəsizlik və sabitliyi təmin edə bilmirsə, o zaman bu məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurasında müzakirəyə başlamaq lazımdır. Onun sözlərinə görə, sülhməramlı kontingent üçün BMT-dən mandat alınmalıdır və ya Qarabağa əlavə çoxmillətli sülhməramlı kontingent göndərilməlidir./Report/
www.yenicag.az