!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kremldən Lukaşenkonun təklifinə reaksiya

!Reklam – Yazi

Rusiya prezidenti Vladimir Putin Belarus prezidenti Aleksandr Lukaşenko ilə nadir metallar üzrə əməkdaşlığı müzakirə etməyə hazırdır, lakin hələlik konkret planlar yoxdur. 

Yenicag.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.

“Hələlik konkret planlar yoxdur, lakin bunu müzakirə etmək zərurəti yaranarsa, prezident təbii ki, bunu müzakirə edəcək”, – Kreml nümayəndəsi bildirib.

Peskov həmçinin qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin, ABŞ prezidenti Donald Tramp və Vladimir Zelenski arasında Minskdə görüş keçirmə ehtimalı hələ müzakirə edilməyib, lakin Moskva üçün Belarus paytaxtı danışıqlar üçün ən yaxşı yer olacaq: “Bu, heç bir şəkildə qaldırılmayıb və müzakirə olunmayıb. Amma təbii ki, bizim üçün Minsk ən yaxşı yerdir. O, bizim əsas müttəfiqimizdir. Buna görə də bizim üçün bu, danışıqlar üçün ən yaxşı yerdir”.

www.yenicag.az

80
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv