Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Kremldən növbəti HƏYASIZLIQ: "Zəngəzur dəhlizi müzakirə edilmir"

Reklam: Sinerji Pro

“Ermənistan üzərindən keçən dəhliz müzakirə edilmir”.

Yenicag.az “Sputnik”ə istinadən xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini, Ermənistan, Rusiya və Azərbaycan Baş nazirlərinin müavinlərindən ibarət işçi qrupun üzvü Aleksey Overçuk İrəvanda keçirilən Ermənistan-Rusiya biznes-forumunda jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması məsələsi müzakirə olunur. Ermənistan üzərindən keçən dəhliz müzakirə edilmir”, – deyə Overçuk qeyd edib.

Xatırladaq ki, Ermənistan 10 noyabr üçtərəfli Bəyanatında təsbit edilən “Zəngəzur dəhlizi”nin açılmasından boyun qaçırır. Görünən odur ki, Rusiya da dəhlizinin açılması məsələsində qarşı tərəflə eyni mövqedədir.

www.yenicag.az

638
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100