Krım Tatarları lideri Obama ilə görüşdü

media-hightechnic-468x90

mpklıKrım Tatarları lideri, Ukraynanın millət vəkili Mustafa Əbdülcəmil Kırımoğlu ABŞ prezidenti Barak Obama ilə görüşüb.

Polşada demokratiyaya keçidin 25-ci ildönümü ilə bağlı keçirilən Müstəqillik Bayramına həsr olunan toplantıda iyirmi beş dəqiqə çıxış edən Obama Rusiyanın Krımı işğalını qəbul etməyəcəklərini bildirib.

Mərasimdə iştirak edən Kırımoğlu isə “Həmrəylik” mükafatına layiq görülüb. Obama ilə görüşünü şərh edən Krım Tatarları lideri bildirib ki, Obama ilə narahatlıq duyduğu məsələləri müzakirə etmək imkanı olub :” Ukraynadakı bütün hadisələrdən danışırıq, lakin Krım məsələsi, oradan işğalçıların çıxarılması arxa planda qalır. Biz bundan çox narahatıq- deyə ona bildirdim. O da dedi ki, biz işğalçılar o torpaqlardan gedənə qədər rusları rahat buraxmayacağıq”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600