Kubokun yarımfinalçıları müəyyənləşəcək
Bu gün ölkə kubokunda 1/4 final mərhələsinin cavab görüşləri keçiriləcək.
Yeniçağ.az-ın məlumatına görə, baş tutacaq 4 qarşılaşmadan sonra yarımfinalçıların adı məlum olacaq.
Günün ilk oyunu Gəncədə baş tutacaq. Bakıdakı ilk oyunda 2 cavabsız qolla uduzan “Kəpəz” doğma meydanda “İnter”dən qisas almağa çalışacaq. Bakıdakı məğlubiyyətə baxmayaraq, Şahin Diniyevin komandası hələ də yarımfinal ümidini itirməyib.
Sumqayıtda eyniadlı komanda “Qarabağ”la üz-üzə gələcək. İlk oyunda 6 cavabsız qolla qalib gələn Ağdam klubu cavab matçını formallığa çevirib.
AZAL isə “Qəbələ” ilə səfərdən uğurlu nəticə ilə qayıtmağı bacarıb.
Elə “Neftçi” – “Zirə” qarşıdurmasında da rəqiblərin taleyi böyük ölçüdə həll olunub. “Ağ-qaralar” hər nə qədər qeyri-stabil çıxış etsələr də, Adil Şükürovun komandasının bu gün 4 cavabsız qolla qalib gələcəyi inandırıcı deyil.
Azərbaycan kuboku
1/4 final mərhələsinin cavab oyunları
21 dekabr
13:00. “Kəpəz” – “İnter”
İlk oyun – 0:2
Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Akif Əmirəli, Vüsal Qənbərov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Elvin Əsgərov
AFFA nümayəndəsi: Abas Hüseynov
Hakim-inspektor: Rövşən Əhmədov
Gəncə şəhər stadionu
15:00. “Sumqayıt” – “Qarabağ”
İlk oyun – 0:6
Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, Cavanşir Yusifov, Rövşən Rəcəbov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Füzuli Nəcəfov
“Kapital Bank Arena”
16:00. AZAL – “Qəbələ”
İlk oyun – 1:2
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Elman Musayev, Mehman Mahmudov
Əlavə köməkçi hakimlər: Rəvan Həmzəzadə, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Əli Hüseynov
“AZAL Arena”
17:00. “Neftçi” – “Zirə”
İlk oyun – 3:0
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, İsgəndər Əliyev, Ziya Nəsirov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Asim Xudiyev
“Bakcell Arena”
Aygün
Yeniçağ.Az