Küçədə kişi meyiti tapıldı-Bakıda-Foto
Bakıda naməlum kişi meyiti tapılıb.
Sabunçu Rayon Polis İdarəsindən verilən məlumata görə, bu gün Sabunçu Rayonu Yeni Ramanı qəsəbəsində küçədə aşkarlanan 25-30 yaşlı kişi meyitinin üzərində zorakılıq əlamətləri görünmür. Şəxsin ürək tutmasından vəfat etdiyi bildirilir.
İdarədən meyitin fotosunu da təqdim ediblər. Onun əynində qara şalvar, qəhvəyi rəngli gödəkçə olub.
Meyiti tanıyanlardan Sabunçu Rayon Polis İdarəsinə məlumat vermələri xahiş olunur(apa).