Kukla Teatrının qarşısında 31 yaşlı kişi bıçaqlandı

media-hightechnic-468x90

bicaqBakıda naməlum şəxs 31 yaşlı kişini bıçaqlayıb.

Yenicag.az Report-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Səbail rayonu, Neftçilər prospekti 36 ünvanında yerləşən Azərbaycan Dövlət Kukla Teatrının qarşısında qeydə alınıb.

Belə ki, naməlum şəxs Saatlı rayon sakini, 1985-ci il təvəllüdlü Ağayev Əvəz Abbasəli oğlunun kürək nahiyəsinə 6 bıçaq zərbəsi vuraraq ərazidən qaçıb.

Ə.Ağayev 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndiriblər.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Yenicag.az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa