Kürdəmirdə avtomobil aşıb

media-hightechnic-468x90

загруженноеKürdəmir rayonunda sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası hadisəsi baş verib.

Rayon Polis Şöbəsindən  verilən məlumata görə, hadisə Ağsu – Kürdəmir yolunda qeydə alınıb.

Kürdəmir rayonunun Atakişili kənd sakini – 1978-ci il təvəllüdlü Əzimov Ruslan Səlim oğlu 06 BD 546 dövlət nömrə nişanlı, “VAZ – 2106” markalı minik maşınının idarəetməsini itirib və maşın yoldan çıxaraq aşıb. Nəticədə R. Əzimov müxtəlif bədən xəsarətləri ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil. Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırma aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa