Kürdəmirdə ev külə döndü – 20 nəfər təxliyə olundu
Kürdəmir rayonunda yanğın hadisəsi baş verib.
Yenicag.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Atakişili kəndində beşmərtəbəli inzibati binanın 4-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahə 18 m2 olan 1 otaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları yanıb. Hadisə zamanı 20 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz yerə təxliyə olunub.
Bitişik mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Yenicag.az