Kürdəmirdə yük maşını aşıb

media-hightechnic-468x90

78660 Kürdəmir rayonunda yük avtomobili yoldan çıxaraq aşıb.

Hadisə bu gün axşam saatlarında Ağsu-Kürdəmir-İmişli yolunun 42-ci kilometrliyində, Kürdəmir rayonu ərazisində qeydə alınıb.

Kürdəmir rayon Qarabucaq kənd sakini, 1960-cı il təvəllüdlü Umudov Əlvan Nadir oğlu “SHACMAN” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və qumla dolu yük maşını yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600