Kütləvi məzar aşkarlanıb
Suriyanın Homs əyalətinin qərbində yağışdan sonra baş verən torpaq sürüşməsi nəticəsində 70 ailənin dəfn edildiyi kütləvi məzar tapılıb.
Bu barədə Homs şəhərindəki səhiyyə mənbələri məlumat veriblər.
Məlumata əsasən, şəhərin Vadi-Səğir adlı ərazisində aşkarlanan kütləvi məzardan 381 nəfərin cəsədi çıxarılaraq meyitxanalara verilib.
Ölənlərin Baba-Əmr bölgəsinin sakinləri olduqları və onların əksəriyyətinin küt və dəmir alətlərlə qətlə yetirildiyi bildirilir.
Bildirək ki, Suriyada hökumət və müxalifət qruplaşmaları Baba-Əmr sakinlərinin öldürülməsində bir-birini ittiham edir.
(topnews.az)