Qarabağı tərk edərək, Ermənistana gedən erməniəsilli şəxslərin “Laçın” sərhəd-buraxılış məntəqəsindən (SBM) sərbəst keçidi üçün şərait yaradılır.
Ərazidə sıxlıq müşahidə olunur.
Yenicag.az xəbər verir ki, onlar SMB-dən keçərək Gorus istiqamətində hərəkət edirlər.
Qarabağı tərk edib, Ermənistana gedən ermənilərin sayı çox olduğundan “Laçın” SBM gücləndirilmiş iş rejimində çalışır. Ermənilərin köçü gecə boyu da davam edib.
Qarabağı tərk edən ermənilərin çoxluğu səbəbindən Ermənistan ərazisində də sıxlıq müşahidə olunur./apa
www.yenicag.az