Laos prezidenti Putinə fil hədiyyə etdi
Rusiya ölkələr arasında diplomatik əlaqələrin 65 illiyi münasibətilə hədiyyə olaraq iki fil alacaq.
Yenicag.az xəbər verir ki, bu barədə Laos prezidenti Zongloun Sisulit Rusiya lideri Vladimir Putinlə Kremldə görüşü zamanı bildirib.
Rusiya prezidenti Vladimir Putin həmkarına jestinə görə təşəkkür edib.
Kremldən bildirilib ki, Putin və Sisulit Rusiya-Laos əməkdaşlığının cari məsələlərini, o cümlədən ticarət, iqtisadiyyat və mədəniyyət sahələrində müzakirə edəcəklər. Prezidentlər həmçinin regional və qlobal gündəliyin əsas mövzuları ətrafında fikir mübadiləsi aparacaqlar. Görüşün yekunu olaraq bir sıra ikitərəfli sənədlərin qəbulu gözlənilir./unikal