Latviya İranın Naxçıvana zərbələrini pisləyib

media-hightechnic-468x90

Latviyanın Bakıdakı səfirliyi İranın bu gün Azərbaycanın Naxçıvan Muxtar Respublikasının ərazisinə pilotsuz uçuş aparatları (PUA) ilə endirdiyi zərbələri pisləyib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə Latviyanın Azərbaycandakı diplomatik missiyasının “X” sosial şəbəkəsindəki paylaşımında bildirilib.

“Latviyanın Azərbaycandakı səfirliyi Naxçıvan Muxtar Respublikasında hava limanının zədələnməsi və mülki şəxslərin xəsarət alması ilə nəticələnən PUA-nın hücumlarını qətiyyətlə pisləyir, bu da beynəlxalq hüquq prinsiplərinin pozulmasıdır. Biz Azərbaycanla həmrəyliyimizi ifadə edirik və regionda sülh və təhlükəsizliyə dəstəyimizi təsdiqləyirik”, – diplomatik missiyadan bildirilib.

Xatırladaq ki, martın 5-də İran ərazisindən buraxılan pilotsuz uçuş aparatları Naxçıvan ərazisindəki obyektlərə hücum edib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasının üzərinə, digəri isə Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb. Hava limanına hücum nəticəsində dörd mülki şəxs yaralanıb. İran İslam Respublikasının Azərbaycandakı səfiri Müctəba Dəmirçilu XİN-ə çağırılıb. Azərbaycan cavab zərbəsi endirmək hüququnu özündə saxladığını bəyan edib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05