Lavrov: “Bunu biz icad etməmişik”

media-hightechnic-468x90

download (2)“Rusiya-ABŞ münasibətlərini yenilənmə adlandırmaq olmaz. “Yenilənmə”ni Hillari Klintonla Barak Obama administrasiyası fikirləşiblər. Bunu biz icad etməmişik”.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, bunu “Bloomberg” telekanalına müsahibəsində Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

ABŞ və Rusiya prezidentlərinin ara-sıra telefonla danışdıqlarını deyən diplomat iki ölkənin maraqların üst-üstə düşdüyü məsələlərdə əməkdaşlıq etdiyini bildirib. “Bunu yeni “yenilənmə” yox, daha çox normal münasibətlərə dönüş adlandırardım. Liderlər arasındakı təmaslar praqmatik xarakter daşıyır”, – deyə o vurğulayıb.

Lavrov onu da bildirib ki, Rusiya sanksiyalar şəraitində uzun müddət yaşamağa hazırdır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa