Lavrov: “Rusiya Əsədi dəstəkləmir”

media-hightechnic-468x90

Moskva Suriya prezidenti Bəşər Əsədi dəstəkləmir, əksinə, BMTTəhlükəsizlik Şurasının qətnaməsinə sadiqdir. “RİA Novosti” xəbər verir ki, bu barədə Rusiya XİN rəhbəri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, Suriyanın və bu ölkənin liderinin taleyini yalnız bu ölkənin xalqı müəyyən edə bilər.

“Biz Əsədi dəstəkləmirik, biz BMT Təhlükəsizlik Şurasının qətnamələrinə sadiqik. Suriyaya gəlincə isə, qətnamələrdə açıq-aydın yazılıb ki, Suriyanın taleyini yalnız Suriya xalqı müəyyən etməlidir”, – deyə Lavrob bildirib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin də bir neçə gün əvvəl “G20” sammitində çıxışı zamanı bildirmişdi ki, Suriyanın və Bəşər Əsədin taleyini yalnız Suriya xalqı müəyyən edə bilər.

Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600