Lavrov və Əraqçi İranın nüvə proqramını müzakirə edib

media-hightechnic-468x90
Rusiya xarici işlər naziri Sergey Lavrov ilə iranlı həmkarı Abbas Əraqçi arasında telefon danışığı olub.

Yenicag.az xəbər verir ki, APA-nın Moskva bürosu xəbər verir ki, nazirlər Cenevrədə ABŞ-İran təmaslarının nəticələrini nəzərə alaraq Tehranın nüvə proqramı ilə bağlı vəziyyəti müzakirə ediblər.

media-banner_tkm

Qeyd olunub ki, Rusiya tərəfi Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin prinsiplərinə uyğun olaraq, İranın qanuni hüquqlarına hörmət edən ədalətli siyasi və diplomatik həllər tapmağa yönəlmiş danışıqlar prosesinə dəstəyini bir daha təsdiqləyib.

Bundan əlavə, söhbət zamanı qarşılıqlı maraq doğuran konkret ikitərəfli məsələlər də müzakirə edilib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05