Lavrov və Nalbandyan sualları cavablandırır – CANLI YAYIM

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın Rusiyaya səfəri başlayıb.

Səfər Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılmış “Əbədi Məşəl Abidəsi”nin önünə gül qoyulması və “Naməlum əsgərin Məzarı”nı ziyarətlə başlayıb.

Daha sonra Edvard Nalbandyan rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. Nazirlər Rusiya XİN-in iqamətgahında iki ölkə arasında diplomatik münasibətlərinin qurulmasının 25 illiyinə həsr olunan sərgi ilə tanış olublar. Sərgidə tanışlıqdan sonra nazirlərin təkbətək görüşü baş tutub.

Görüşdə nazirlər iki ölkə arasında münasibətlər, eyni zamanda hərbi və hərbi texniki sahədə əməkdaşlığa dair müzakirələrin aparılacağını deyiblər. Daha sonra görüş mətbuatın iştirakı olmadan davam etdirilib.

***
Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçirirlər.

Yeniçağ.az

Loading...