Lənkəran sakini bıçaqlandı

media-hightechnic-468x90

bicaq-qan-mainLənkəranda bıçaqlanma hadisəsi baş verib.

Hadisə rayonun Göyşaban kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 23 yaşlı Elmar Şamil oğlu Quliyev naməlum şəraitdə bıçaqlanıb. Kürək nahiyəsindən və qarın boşluğundan 3 bıçaq zərbəsi alan yaralı ətrafdakıların köməyi ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılaraq dərhal cərrahiyyə əməliyyatına götürülüb. Hazırda reanimasiya şöbəsinə yerləşdirilmiş Elmar Quliyevin vəziyyəti ağır olaraq qalmaqdadır.

Zərərçəkənin yaxınları isə hadisənin hansı zəmində baş verməsindən xəbərsiz olduqlarını bildiriblər.

Faktla bağlı hələlik heç kim saxlanılmayıb. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları hadisəni törətmiş şəxsin məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat-istintaq tədbirlərini davam etdirirlər.

İlkin məlumata görə, Elmar Quliyev sosial şəbəkədə kimlərinsə ünvanına söyüş söyməsi səbəbindən bıçaqlanıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600