Lənkəranda 34 yaşlı qadın öldürüldü - YENİLƏNDİ

media-hightechnic-468x90

Lənkəranda qadını qətlə yetirməkdə şübhəli bilinən əri polisə könüllü təslim olub.

Yenicag.az xəbər verir ki, “Report”un Cənub bürosunun məlumatına görə, Əfsanə Lələzadəni qətlə yetirməkdə şübhəli bilinən 32 yaşlı Nicat Lələzadə polisə gedərək könüllü təslim olub.

Hadisənin başvermə səbəbləri araşdırılır.

10:10

Lənkəranda 34 yaşlı qadın qətlə yetirilib.

Yenicag.az xəbər verir ki, “Report”un Cənub bürosunun məlumatına görə hadisə Liman şəhəri ərazisində baş verib.

Belə ki, 1991-ci il təvəllüdlü Əfsanə Əkbər qızı Lələzadə bədən və boyun nahiyələrinin çoxsaylı kəsilmiş-deşilmiş yaraları ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Lakin xəstəxanadan həkiməqədər ölüm faktı qeydə alındığı bildirilib. Qətli törətməkdə Ə.Lələzadənin həyat yoldaşı şübhəli bilinir.

Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayonlararası Zona Mərkəzinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa