Reklam: High Technic
hightechnic

Lənkəranda ağır qəza: ölən var

Lənkəranda yol qəzası baş verib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, rayonun Şağlaküçə kəndində iki “VAZ 2107” markalı avtomobilin toqquşması nəticəsində bir nəfərin öldüyü, 4 nəfərin xəsarət aldığı bildirilir.

Avtomobillərdən birinin sürücüsü Şahbazov Əbültalıb Xalıq oğlu xəstəxanaya aparılarkən vəfat edib.

Digər avtomobilin sürücüsü, Lerik rayon Şingədulan kənd sakini, 1986-cı il təvəllüdlü Bəndiyev Vaqif Mirağa oğlu, sərnişinlər Şovu kənd sakinləri – 1961-ci il təvəllüdlü Şəfiyeva Vəciyyə Həsən qızı, onun qızı Şəfiyeva Əminə Əbülfəz qızı və gəlini 1987-ci il təvəllüdlü Şəfiyeva Ramilə Ağaman qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alanlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

www.yenicag.az

829