Lənkəranda ağır qəzada 7 nəfər xəsarət alıb

media-hightechnic-468x90

Lənkəranda ağır qəzada 7 nəfər xəsarət alıb.

Yenicag.Az-ın “APA”ya istinadən verdiyi məlumata görə, hadisə Ələt-Astara yolunun Liman şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə zamanı “42-ZA-220” dövlət seriya nişanlı “VAZ-2106” markalı minik avtomobili “99-DK-328” dövlət nömrə nişanlı “Opel” markalı minik avtomobili ilə toqquşub. Nəticədə “VAZ 2106”da olan üç azyaşlı, iki qadın və sürücü ağır xəsarət alıb. Hadisə zamanı həmçinin “Opel’ markalı avtomobilin sürücüsü də yaralanıb. Yaralılar yerli sakinlərin köməyi ilə deformasiyaya uğramış avtomobildən çıxarılıb, Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Yenicag.Az

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600