Lənkəranda avtomobil kanala aşdı - FOTO

media-hightechnic-468x90

Lənkəranda avtomobil suötürücü kanala aşıb.

Yenicag.az AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Lənkəran şəhərinin Səttərxan küçəsində qeydə alınıb. Lənkəran şəhər sakini 1987-ci il təvəllüdlü Ülkər Əziz qızı Əsədova idarə etdiyi “Chevrolet Cruze” markalı nəqliyyat vasitəsilə hərəkətdə olarkən idarəetməni itirib. Nəqliyyat vasitəsi yol kənarındakı suötürücü kanala aşıb. Qəza nəticəsində sürücü müxtəlif dərəcəli xəsarətlər alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub. Yaralıya zəruri ilkin tibbi xidmətlər göstərilib.

Qəza nəticəsində suötürücü kanalın üstündən keçən yüksəktəzyiqli qaz kəməri də qismən zədələnib.

Faktla bağlı araşdırma aparılır.media-1744907172347533901_1200x630

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa